Bugünlərdə Gənclər üçün Təhsil Mərkəzində tələbələr arasında keçirilmiş məqalə müsabiqəsinin nəticələrinə həsr olunmuş təqdimat mərasimi keçirilib. Müsabiqənin əsas məqsədi tələbələrin qarşılaşdığı gündəlik problemlərini, onların ehtiyaclarını, arzu və təkliflərini öyrənmək, əsaslandırmaq, təhlil etmək və ictimaiyyətə çatdırmaqdan ibarətdir. Müsabiqə Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
   Bir aydan artıq davam edən müsabiqəyə 30 tələbə öz məqaləsini təqdim etmiş və onlar ekspertlər tərəfindən dəyərləndirilmişdir. 3 nəfər qalib adını qazanmışdır. Birinci yeri Tural İbadov , ikinci yeri Sevda Hüseynova, üçüncü yeri Tamerlan Dəmirbəyli qazanmış, qaliblərə Gənclər üçün Təhsil Mərkəzinin diplomu və xüsusi hədiyyələri təqdim olunmuşdur.   

   ELMİN