1-3 may tarixlərində Zuğulbada yerləşən “Gənclik” Beynəlxalq Turizm Mərkəzində “Yaradıcı gənclərin aktual problemləri və inkişaf meyilləri” adlı III Respublika görüş-seminarı keçiriləcək. Seminar çərçivəsində əməkdar incəsənət xadimi, rejissor Bəxtiyar Xanızadənin rəhbərliyi ilə Dövlət Pantomima Teatrının “Pantomima bu gün” layihəsi təqdim ediləcək, ustad-dərslər keçiləcək, Emin Əsgərov, Anar Heseynzadə, Nailə Zülfüqarova, Elmir Hüseynov və başqa gənc rəssamların əsərlərindən ibarət sərgi təşkil olunacaq. Bakı Musiqi Akademiyası tələbələrinin ifasında tələbə-bəstəkarlar Leyla Şahbazova, Röya Hüseynova, Gülmirə Cəfərova, Azər Əsgərov, Fərid Nağızadənin əsərlərindən ibarət konsert veriləcək. Qeyd edək ki, 100 nəfərə yaxın yaradıcı gəncin qatılacağı görüş-seminarda teatr, musiqi və təsviri sənət sahələri üzrə diskussiyaların aparılması və gənclərlə bağlı Qətnamənin qəbul edilməsi gözlənilir.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar