“Bakı - İslam Mədəniyyəti Paytaxtı - 2009” mədəniyyət ili çərçivəsində ölkə paytaxtında çoxsaylı tədbirlər keçirilir.
Bugünlərdə Bakı şəhəri G.Şaroyev adına 35 saylı onbirillik Musiqi məktəbində “Bakı - İslam Mədəniyyəti Paytaxtı - 2009” çərçivəsində məktəbin təqvim planına uyğun olaraq “Bakı - gözəl şəhər, mehriban diyar” adlı müəllimlər konserti keçirildi.
Konsert proqramında L.Qəmbərova fortepianoda “Rəqs tokkata” (S.Ələsgərov), T.Hacıyeva skripkada “Spisok Şindlera” kinofilmindən musiqi (C.Vilyams), P.Əliyev sazda “Yanıq Kərəmi”, Q.Məmmədov tarda “Dalğalar” (R.Mirişli), P.Axundova “Fortepiano üçün süita”, Z.İsmayılova kamançada “Sehrli kamanım” (D.Dadaşov), N.Süleymanova fortepianoda “Strana Lotosa” (Siril Skott) və başqa musiqilər ifa olundu.
Maraqlı konsert proqramını məktəbin kollektivi, valideyn və şagirdlər alqışlarla qarşıladılar.
Vəfa HƏziyeva,
musiqişünas