Görkəmli rejissorun 90 illiyi bu gün qeyd olunacaq
   
   Dünən bir qrup kino xadimi Əjdər İbrahimovun Fəxri Xiyabandakı məzarını ziyarət etdi. Görkəmli rejissorun məzarı qarşısında çıxış edən Xamis Muradov mərhum sənətkarla bağlı xatirələrini danışdı. O bildirdi ki, Əjdər İbrahimov həmişə cavanlara böyük qayğı göstərir, onların peşəkar kimi yetişməsi üçün əlindən gələni əsirgəmirdi. Ondan sonra Əjdər İbrahimovun həyat yoldaşı Marqarita (Zaxarovna) Maleyeva da böyük sənətkarın həyat və yaradıcılığından söhbət açdı.
   
   Qeyd edək ki, Əjdər İbrahimov Aşqabadda anadan olsa da vətəni Azərbaycanda torpağa basdırılıb.
   1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirib. 1952-ci ildə Aşqabad kinostudiyasında fəaliyyətə başlayıb. 1954-1959-cu illərdə Bakı kinostudiyasında işləyib. 1959-1962-ci illərdə Vyetnamda ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edib. 1962-ci ildən isə həyatını "Mosfilm" kinostudiyası ilə bağlayıb.
   "Bir məhəlləli iki oğlan" (1957), "Onun böyük ürəyi" (1959), "26 Bakı komissarı" (1966), "Ulduzlar sönmür" (1970) və başqa filmləri Azərbaycandan başqa, Rusiyada da nümayiş etdirilib.
   Əlavə edək ki, bu gün saat 17.00-da Muzey Mərkəzində Əjdər İbrahimovun 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar