Bügünlərdə “İntellektual elita və milli-mədəni identikliyin formalaşmasında onun rolu” mövzusunda beynəlxalq simpozium keçirilib.
Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun, Avropa İnstitutunun və Rusiya Elmlər Akademiyasının Etnologiya və Antropologiya İnstitutunun, habelə “STMEQİ” Beynəlxalq Fondunun təşkil etdikləri forumda Azərbaycan, İsrail, Rusiya, ABŞ, Gürcüstan və Almaniyanın tanınmış mədəniyyət və incəsənət xadimləri, jurnalistlər, dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə simpoziumu açıq elan edərək, elitanın konkret millətin özünəməxsus mədəniyyətinin qorunub saxlanılmasında böyük rol oynadığını bildirib: “2009-cu il Azərbaycan elmi üçün əlamətdar olub. Dövlət başçısı mayın 4-də “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə milli strategiya”nın və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamları imzalayıb.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında Şolom Aleyxem kimi görkəmli yazıçının yubileyinin ölkəmizdə keçirilməsini əlamətdar hadisə olduğunu qeyd edib: “Azərbaycanın mədəniyyət siyasəti milli azadlığının qorunub saxlanılmasına, milli azlıqların dəstəklənməsinə yönəlib”.
O, bildirib ki, ulu öndərimizin müəyyənləşdirdiyi mədəniyyət siyasəti prezident İ.Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşmərəmlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə bir sıra mühüm layihələr həyata keçirilir. Bu baxımdan onun muğamın inkişafı və təbliği sahəsində gördüyü işləri xüsusi vurğulamaq lazımdır.
Azərbaycanın həmişə öz impulslarını bütün dünyaya yayan bir ölkə olduğunu bildirən İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının sədri İosif Şaqal düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb: “Mən bakılıyam. Uzun illər jurnalist işləmişəm. Azərbaycan jurnalistika məktəbinin yetirmələri Rusiya, İsrail, ABŞ, Almaniya və s. ölkələrdə aparıcı mövqe tuturlar. Onlar dövlətlərin milli-mədəni siyasətinə böyük təsir göstərir və bəzən hətta onu formalaşdırırlar. Tolerantlıq, yumor hissi, başqa mədəniyyətlərlə dialoqa girmək arzusu və buna hazır olmaq kimi xüsusiyyətlərə xas olan Azərbaycan jurnalistikasının fenomeni bundan qaynaqlanır”.
Tədbirdə elitanın millətin əsas mədəni identiklik elementlərinin populyarlaşmasında və qorunub saxlanılmasındakı müstəsna rolu, Azərbaycanda mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verildiyi, həmin dəyərlərin yayılması istiqamətində zəruri tədbirlərin görüldüyü qeyd olunub.