Avqustun 17-də məşhur bəstəkar, müğənni Müslüm Maqomayevin anadan olmasının 67-ci il dönümü idi. Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyinin kollektivi, dövlət və ictimaiyyət nümayəndələri, görkəmli mədəniyyət xadimləri Müslüm Maqomayevin məzarını ziyarət etdilər. Ziyarətdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya, Moskvada yaşayan azərbaycanlı biznesmen Emin Ağalarov, Prezident Administrasiyanın humanitar şöbəsinin müdiri Fatma Abdullazadə, AZAL Dövlət Konserninin prezidenti Cahangir Əsgərov və çoxsaylı mədəniyyət və incəsənət ustaları iştirak etdilər. Qonaqlar M. Maqomoyevin məzarına gül dəstələri və əklillər qoydular. Ziyarətdən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında M.Maqomayevin ifa etdiyi bütün mahnılarından ibarət xüsusi toplu hazırlanacağını bildirdi: “Düzdür, hər birimizin ürəyinin fəth etmiş M. Maqomayev dünyasını dəyişib, ancaq biz onun yaşadığını sanırıq, bizimlə birgə ürəyini döyündüyünə inanırıq. Müslüm son dövrlər Bakıda az olmuşdu və biz sanki onun yoxluğunu o qədər də hiss etmirik. O, sanki bizimlə yaşayır, onun musiqisi, onun ifası və onun qoyduğu izlər gündəlik olaraq bizim önümüzə çıxır. Müslüm Maqomayev hər birimizin ürəyində silinməz iz qoyub. İlk əvvəl Müslüm Maqomayevin bütün mahnılarından ibarət xüsusi toplusunun buraxılmasını nəzərdə tuturuq. Eyni zamanda hazırda onun haqqında kitablar hazırlanır. Sözsüz ki, onun vəfatının bir ili ilə əlaqədar silsilə tədbirlər həyata keçiriləcək. Ən əsası vəfatının bir ilinin tamamlanması ilə əlaqədar onun məzarı üstündə heykəli qoyulacaq.
   M. Maqomayevin adının əbədiləşdirilməsi üçün dövlət başçısı xüsusi bir sərəncam imzalayıb və həmin sərəncamda göstərilən tapşırıqlar yaxın vaxtlarda həyata keçiriləcək. Dövlət başçısının sərəncamında Bakıda bir küçəyə, eləcə də musiqi məktəblərindən birinə Müslüm Maqomayevin adının verilməsi tapşırıq olaraq göstərilib. Biz hazırda bununla bağlı danışıqlar aparırıq. Hansı musiqi məktəbləri ki, artıq kiminsə adı altında fəaliyyət göstərir, onların adının dəyişdirilməsindən söhbət gedə bilməz. Ancaq heç kimin adını daşımayan musiqi məktəbləri var, biz onlara baxıb müəyyənləşdirdikdən sonra sentyabrın sonunda qərar verəcəyik”.
   Məlumat üçün bildirək ki, Müslüm Məhəmməd oğlu Moqamayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. Məşhur Azərbaycan bəstəkarı Əbdülmüslüm Məhəmməd oğlu Maqomayevin nəvəsidir.
   O, bir neçə beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edərək, 1-ci yerə və "Qızıl Val" mükafatına layiq görülüb. Rəhbəri olduğu simfonik orkestrlə birgə həm Sovet İttifaqının şəhərlərində, həm də Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İranda konsertlər verib.
   M.Maqomayev 1964-cü ildə Azərbaycanın SSR əməkdar artisti, 1971-ci ildə Azərbaycan SSR xalq artisti, 1973-cü ildə SSR xalq artisti, 1980-ci ildə "Xalqlar dostluğu" , 1997-ci ildə "Şöhrət", 2002-ci ildə isə "İstiqlal" Ordeni ilə təltif olunub.
   Bəstəkar 2008-ci il oktyabrın 25-də vəfat edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar