Dünən “Dan” Beynəlmiləlçi Gənclər Birliyi Azərbayacan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İş axtarmağın düzgün yolu” mövzusunda keçirdiyi təlimlər barədə mətbuat konfransı keçirildi.
  
   Bu gün gənc nəslin qarşısında duran ən mühüm və ən çətin məsələlərdən biri - işə düzəlməkdir. Bu məsələnin qənaətbəxş həll edilməsi gənc ailələrin sonrakı həyatına mühüm təsir göstərə biləcək.
   Əmək fəaliyyəti hər bir şəxsdən onun təbiətinə uyğun və yalnız ona məxsus olan qabiliyyəti tələb edir. Müxtəlif fəaliyyətlərin reallaşdırılması üçün öz imkanlarına bələd olmaq, qabiliyyətini düzgün qiymətləndirmək və bu yolda qarşılaşa biləcəyi bir sıra xoşagəlməz hallardan və təsirlərdən sarsılmamaq lazımdır. Yeni dövrün tələblərinə uyğun kadrların hazırlanması artıq cəmiyyətin mühüm vəzifələrindən birinə çevrilmişdir. “Dan” Beynəlmiləlçi Gənclər Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İş axtarmağın düzgün yolu” mövzusunda təlimlər həyata keçirib.
   Uşaq evləri və internat məktəblərində tərbiyə alan 100 nəfərə yaxın gənc təlimlərdən keçərək şəhadətnamə alıb.
   Treninq iştirakçıları hansı sahəyə getmək istədiklərini və hansı sahədə öz peşəkar fəaliyyətlərini qura biləcəklərini müəyyənləşdirməyə müvəffəq oldular.