Dünən L. və M.Rostropoviçlərin ev-muzeyində violonçel üçün əsər yazmış ilk Azərbaycan bəstəkarı Asəf Zeynallıya həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Şeyla Heydərova A.Zeynallının violonçel üçün yazdığı əsərləri, muzeyin bu istiqamətdə apardığı elmi araşdırmalar barədə məlumat iştirakçılarına məlumat verdi.
   Daha sonra çıxış edən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə də A.Zeynallının musiqi irsi, milli mədəniyyətimizin inkişafına töhfə olan fəaliyyəti barədə söz açdı.
   Tədbirdə Prezident təqaüdçüsü, Bülbül adına Orta İxtisas Musiqi məktəbinin VI sinif şagirdi Vəkilov Vurğun fortepianoda A.Zeynallının - Uşaq üçün «3 pyes», violonçel üçün yazdığı «Lay-lay», «Muğamsayağı» əsərləri musiqi kollecinin tələbələri - Məmmədova Qumar və Məmmədova Qumral tərəfindən ifa olundu.
   Konsert proqramı Respublika müsabiqəsinin laureatı və diplomantı, “Gənc ifaçıların” beynəlxalq konkursunun laureatı və I premiya sahibi - Lalə Mürşüdlinin (violonçel ) və BMA-nın IV kurs tələbəsi Nigar Babayeva fortepiano ifasında F.Əmirovun “Asəf Zeynallının xatirəsinə həsr olunur” əsəri ilə tamamlandı.
   Musiqi gecəsində iştirak edən A.Zeynallının qohumu, Milli Konservatoriya nəzdində Musiqi Kollecinin müəllimi E.Yusifova təşkil olunmuş tədbirə görə muzeyin direktoruna öz təşəkkürünü bildirdi.
  
   Şeyla Heydərova






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar