Bu gün YUNESKO-nun Moskva bürosunun “Rusiya muzeyi: virtual filial” layihəsi çərçivəsində Muzey Mərkəzinin veb-saytının təqdimatı olacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, www.museumcenter.az internet ünvanının dizaynı ciddi klassik üslubda tərtib olunub. Saytın yaradılmasında partnyor qismində Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO-nun Moskva bürosu, Dövlət Rus Muzeyi və YUNESKO işləri üzrə Azərbaycan Respublikasının Milli Komissiyası iştirak edib.
  
   Müasir dünyada insanların faydalandığı və geniş şəkildə istifadə etdiyi informasiya resurslarından biri də veb-saytlardır. Bu mənada sözügedən veb-sayt Muzey Mərkəzinin fəaliyyəti haqqında dolğun məlumata malik olaraq, xarici ölkələrdə Muzey Mərkəzinin vahid mədəniyyət-informasiya məkanına inteqrasiya vasitəsi kimi çıxış edir.
   Veb-sayt üç dil - Azərbayacan, rus və ingilis versiyasına malikdir. Sözügedən veb-sayt artıq dünyanın aparıcı axtarış sistemləri tərəfindən indeksləşdirilib.
   Sayt bir neçə blokdan ibarətdir. Bakıda 2007-ci ildə yaradılmış “Rusiya muzeyi: virtual filial” İnformasiya-Tədris Mərkəzinə həsr olunan blokda İTM-in yaranmasının tarixi, açılışı və fəaliyyəti haqqında geniş məlumat əks olunub.
   “Sərgi və layihələr” bölməsində Muzey Mərkəzinin kəmiyyətcə artan layihələr haqqında ətraflı məlumat verilib.
   Keçirilən tədbirlərin təqvimi bölməsində isə Muzey Mərkəzinin çoxillik fəaliyyəti əks olunub. İnternet şəbəkəsinin istifadəçiləri burada Muzey Mərkəz tərəfindən keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat ala bilərlər.
   İncəsənət Qalereyasına həsr olunan bölmədə müasir Azərbayacan təsviri sənətinin tanınmış nümayəndələrinin, o cümlədən Arif Hüseynov, Sara Manafova, Vüqar Əli, Emin Əsgərov, Rəşid İsmayılov, Eldar Babazadə və b. işləri yer almışdır. Eləcə də videomateriallar, o cümlədən rəssamların müsahibələri, sərgilərin açılışı və digər tədbirlərdən hazırlanmış reportajlar əks olunub. Saytda ətraflı məlumatlar əks olunmaqla yanaşı, ziyarətçilərə İnternet vasitəsilə Muzey Mərkəzi ilə əlaqə qurmaq imkanı yaradır.
   Sayt geniş axtarış sistemi ilə təchiz olunub. Texniki işləmələr saytın “canlı” olmasını və “Rusiya muzeyi: virtual filial” İnformasiya-Tədris Mərkəzi və Muzey Mərkəzinin bütün fəaliyyətini dinamik əks etdirilməsinə imkan vermişdir.
   Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbulfəs Qarayev iştirak edəcək.
   Daha sonra YUNESKO işləri üzrə Milli Komissiyanın Bakıdakı məsul katibi Günay Əfəndiyeva YUNESKO-nun Moskva bürosunun direktorunun təbrik məktubunu tədbir iştirakçılarının nəzərinə çatdıracaq.
  
   Turan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar