Sentyabrın 28-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı münasibətilə rəsmi qəbul təşkil etmişdir.
   Səfir Sahd bin Əli əl Düsəri qonaqları salamlayaraq demişdir ki, Səudiyyə Ərəbistanı Krallığı qardaş və dost ölkələrlə, o cümlədən Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verir.
   Diplomat bildirmişdir ki, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikası ilə əlaqələrin möhkəmlənməsi xəttini bundan sonra da davam etdirəcəkdir.
   Sonra çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin adından Səudiyyə Ərəbistanının xalqını milli bayram münasibətilə təbrik etmişdir.
   Ə.Qarayev vurğulamışdır ki, xalqlarımızın dostluğunun çoxəsrlik tarixi vardır və əlaqələrimizin möhkəm təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.
   Ulu öndər Heydər Əliyevin 1994-cü ildə və Prezident İlham Əliyevin 2005-ci ildə Səudiyyə Ərəbistanına səfərləri zamanı imzalanmış mühüm sənədlər əlaqələrimizin hərtərəfli inkişafı üçün yeni imkanlar açmış və hüquqi baza yaratmışdır. Hazırda ölkələrimiz arasında qarşılıqlı iqtisadi əlaqələr fəal inkişaf edir.
   Qəbulda Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və digər rəsmi şəxslər iştirak etmişlər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar