Mədəniyyət və Turizm Nazirliyinin növbəti kollegiyası Abşeronda keçirildi
   
   Dünən Abşeron Rayon İcra Hakimiyyətinin konfrans zalında Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin və Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin fəaliyyətinə dair Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirildi. İclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavinləri Ədalət Vəliyev, Teymur Mehdiyev, Sevda Məmmədəliyeva, aparat rəhbəri Firudin Qurbanov və nazirliyin digər məsul şəxsləri, habelə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Şumqayıt şəhərinin və Abşeron rayonunun mədəniyyət işçiləri iştirak edirdilər.
   Tədbiri giriş sözü ilə açan Əbülfəs Qarayev bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr edilmiş səyyar kollegiyaların keçirilməsi artıq ənənə şəklini alıb. «Bu, 9-cu kollegiyadır. Məhz bu dəfə biz fərqli statuslara malik Sumqayıt şəhəri və Abşeron rayonunun mədəniyyət və turizm şöbələrinin işini birlikdə müzakirə etmək qərarına gəldik».
   Tədbirin aparıcılıq missiyasını üzərinə götürən nazirin giriş sözündən sonra Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş üzrə bölməsinin rəhbəri Azər Əhmədzadə nazirlik tərəfindən yaradılmış komissiyanın Sumqayıt şəhərinin və Abşeron rayonunun mədəniyyət müəssisələrində apardığı yoxlamanın nəticələrini videogörüntülər və konkret faktlarla tədbir iştirakçılarının nəzərinə çatdırdı.
   Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Namiq Qaffarov və Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov öz çıxışlarında etiraf etdilər ki, işlərində həqiqətən də nöqsanlar mövcuddur. Hər iki çıxışçı bildirdi ki, Əbülfəs Qarayevin tövsiyələrini nəzərə alaraq işlərini çatışmazlıqların aradan qaldırılması istiqamətində quracaqlar. İdarə rəhbərləri həm də bu gun göz önündə olan uğurlu layihələrin həyata keçirilməsində onlara yaxından köməklik göstərmiş Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə və icra başçılarına təşəkkür etdilər.
   Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevin və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun çıxışları da maraqla qarşılandı.
   Son dərəcə işgüzar, maraqlı və səmimi şəraitdə keçən kollegiya haqqında ətraflı yazını növbəti sayımızda oxuya bilərsiniz.
   
   FƏXRİYYƏ







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar