Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilatın - GUAM Katibliyinin rəsmi veb-saytında verilmiş məlumata görə, noyabrın 15-dən 23-dək Tokioda turizmin inkişafına dair seminar keçirilib. Seminarın işində GUAM üzvü olan dövlətlərin turizm administrasiyalarının və firmalarının nümayəndələri, habelə GUAM Katibliyinin proqram əlaqələndiricisi Səbuhi Temirov iştirak edib. Seminar iştirakçıları Yaponiya Xarici İşlər Nazirliyinin, Torpaq, Nəqliyyat İnfrastruktur və Turizm Nazirliyinin, Turizm Agentlikləri Assosiasiyasının, Beynəlxalq Cosai Universitetinin, “Diamond-Big Co. Ltd” nəşriyyatının, Naqano prefekturasının, habelə Xorvatiya Milli Turizm Ofisinin, “Air İndia” aviasiya şirkətinin və Tokiodakı “MERCOSUR” turizmin inkişafı ofisinin nümayəndələri ilə bir sıra görüşlər keçiriblər.
   Görüşlər çərçivəsində yapon turistlərini cəlb etmək üçün GUAM ölkələrinin müştərək turizm məhsullarının təqdimat mərasimləri keçirilmiş, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilmişdir.   

FƏXRİYYƏ







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar