Qazax Rayon Mədəniyyət Evində şair Məzahir Alıyevin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi “Mübariz dastanı” kitabının təqdimat mərasimi keçirilib.
   
   Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal qəhrəmanın ölümündən öncə ata-anasına yazdığı məktubu oxudu. Onun sözlərinə görə, Mübarizin igidliyi haqqında yazılan yazılar xalqımızın şəhid övladı üçün Allaha duadır.
   Şairlərdən Saqif Qaratorpaq, Bilal Qoca, Tamella Poladlı, gənc yazarlardan Rübabə Sahibə, Taleh Mansurov və başqaları kitabla bağlı öz təəssüratlarını söylədilər. Şair Ələddin İncəli əsəri əsgərlərimizin yaddaş kitabı olacaq qəhrəmanlıq manifesti kimi dəyərləndirdi. Gənc şair Taleh Mansurov bildirdi ki, Mübariz öz canı, qanı ilə bir tarix yazıb və bütün dünyaya göstərib ki, Azərbaycan əsgəri Qarabağın müqəddəs torpaqlarını həyatı bahasına qaytarmağa hazırdır.
   Tədbirdə gənc aşıq İlqar Qələmçəli, aşıq Hakim Azaflı vətənpərvərlik və qəhrəmanlığa aid mahnılar səsləndirdilər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar