Yanvarın 18-də C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə 20 Yanvar şəhidi Ələsgər Qayıbovun ailə üzvləri, «20 Yanvar» Cəmiyyətinin İdarə Heyətinin üzvü, sədr müavini Famil Şükürov, «AzərTAc»ın əməkdaşı Zəringiz Dəmirçi Qayalı, Heydər Əliyev adına Ali Hərbi Məktəbin, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin müdavimləri, Bakı muzeylərinin əməkdaşları iştirak ediblər.
   Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin ifasında şeir kompozisiyası, 3 saylı Uşaq Musiqi Məktəbi şagirdlərinin ifasında muğam parçaları səslənib, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri Aysel Əmirovanın «Şəhid anası», Nərgiz Kərimovanın «Qanlı baxış», «Bax və düşün» və s. əsərləri nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar