Yanvarın 19-da M.F.Axundov adına Milli Kitabxanada 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş “20 Yanvar - qanlı və şanlı tariximiz” adlı kitab sərgisinin açılışı və Milli Kitabxananın əməkdaşları tərəfindən tərtib edilmiş “Şəhidlər. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib. 
   
   Milli Kitabxanadan qəzetimizə verilən məlumata görə, tədbiri qurumun direktoru Kərim Tahirov açaraq 20 Yanvar müsibətindən söhbət açıb, o ağrılı günü bir daha yada salıb və bu faciənin heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəyini qeyd edib.
   Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri Firudin Qurbanov 20 Yanvar faciəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını vurğulayıb və gələcək nəsillərə tariximizin və erməni daşnakları tərəfindən xalqımızın başına gələn müsibətlərin olduğu kimi çatdırılmasının vacib olduğunu qeyd edib.
   İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova xalqımızın tarixində qanlı səhifə olan 20 Yanvar faciəsindən danışaraq, o ağrılı günlərin daim ağrı ilə xatırlanacağını bildirib.
   Milli Məclisin deputatları Həvva Məmmədova, Aqil Abbas və Tahir Rzayev də çıxışlarında əsrlər boyu ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri müsibətləri, on minlərlə dinc əhalinin faciə qurbanlarına çevrilməsini böyük təəssüf hissi ilə qeyd ediblər.
   Sonra tədbir iştirakçıları “20 Yanvar - qanlı və şanlı tariximiz” adlı sərgi ilə tanış olublar. Sərgidə 20 Yanvar faciəsinə həsr olunmuş 200-dən artıq kitab, jurnal və qəzet materialları nümayiş etdirilib. Sərgi tədbir iştirakçılarının və oxucuların böyük marağına səbəb olub.
   
   FƏXRİYYƏ







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar