Müasir İncəsənət və Xalça muzeylərində olan forum iştirakçıları təəccüblərini gizlədə bilməyiblər
   
   Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçılarından bir qrupu yanvarın 23-də Bakı Müasir İncəsənət Muzeyində olublar. Burada qonaqlara məlumat verilib ki, muzeydə Azərbaycanın gənc və tanınmış, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 1000-dək əsəri toplanıb.
   
   Dizayn müəllifi tanınmış rəssam Altay Sadıqzadə olan yeni mədəniyyət məbədində uşaq incəsənəti salonu, kitabxana, videosalon və s. fəaliyyət göstərir. Muzeydə 800-dək rəsm işi ilə yanaşı, 200-dən çox heykəltəraşlıq nümunələri də nümayiş olunur.
   Səfər təəssüratlarını jurnalistlərlə bölüşən Rusiya Kinematoqrafçılar İttifaqı Konfederasiyası sədrinin müavini Konstantin Şerbakov bildirib: “Mən Bakıda tez-tez oluram və hər dəfə həmkarlarımla görüşürəm. Əminliklə deyə bilərəm ki, Bakıda keçirilən bu forum ölkələrimiz arasında mədəni əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcək”.
   Rusiya Humanitar Universitetinin rektoru, “Rusiya-Azərbaycan” Dostluq Cəmiyyətinin prezidenti Yefim Pivovarın başçılığı ilə Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun bir qrup iştirakçısı isə Lətif Kərimov adına Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənəti Muzeyini ziyarət ediblər.
   Muzeyin ekspozisiyası ilə yaxından tanış olan qonaqlara muzeyin yaranma tarixi, xalq tətbiqi sənətinin nadir inciləri barədə məlumat verilib.
   Y.Pivovar muzeylə bağlı təəssüratlarını bölüşmüşdür: “Bu, şedevrdir! Həm Azərbaycan mədəniyyətinin, həm də bütövlükdə dünya mədəniyyətinin bədii sənət inciləridir. Fəxr etmək, valeh olmaq, sevinmək lazımdır ki, belə bir muzey vardır. Bu muzey nadir muzeydir. Mədəni irsin qorunması və zənginləşdirilməsi məsələsinə gəldikdə sovet dövrü və müasir dövr ayrılmazdır”.
   Qonaqlar bildiriblər ki, bu xalçaların ilmələri Rusiya və Azərbaycan arasında əlaqələr kimi elə möhkəm toxunub ki, zaman dəyişsə də, tarixin gərdişi dönsə də, bu hörüklər açılmayacaq.
   Xatırladaq ki, Lətif Kərimov adına Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənəti Muzeyi 1967-ci ildə yaradılıb. Hazırda muzeyin fondunda 10 mindən çox qiymətli sənət əsəri saxlanılır. Muzey Azərbaycanın incəsənətinin nümunələri barədə məlumatlardan ibarət onlarca kataloq, buklet, albom, kitab dərc etdirib.
   
   Röyanə   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar