Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı və Sumqayıt şəhərlərində gənclər gününə həsr edilən “Gənclik - gələcəyin səsi” adı altında silsilə tədbirlər keçiriləcək. Fevralın 2-dən 4-dək Bakı və Sumqayıt şəhərlərində gənc xanəndə və klassik musiqi ifaçılarının, uşaq-gənclər simfonik orkestrinin konsertlərinin keçirilməsi, Sumqayıt Dövlət Rəsm Qalereyasında və Bakıda Rəssamlar İttifaqı ilə birlikdə V.Səmədova adına Sərgi salonunda gənc rəssamların əsərlərindən ibarət sərgilərin təşkili nəzərdə tutulur. Fevralın 2-də Sumqayıt Dövlət Rəsm Qalereyasında gənc rəssamların əsərlərindən ibarət sərgi açılıb, Sumqayıt Dövlət Musiqili Dram Teatrında Dövlət Uşaq-Gənclər Simfonik Orkestrinin konserti olub. Fevralın 3-də Sumqayıt Musiqili Dram Teatrında gənc muğam ifaçılarının konserti, fevralın 4-də isə Sumqayıt Şəhər Bülbül adına Uşaq İncəsənət Məktəbində klassik əsərlərdən ibarət konsert olacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar