Fevralın 25-də M. F. Axundov adına Milli Kitabxanada Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunan “Xocalı soyqırımı - əsrin faciəsi” adlı sərginin açılışı və “Xocalı soyqırımı rabitəçilərin yaddaşında” kitabının təqdimat mərasimi keçirildi.
   Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, Xocalı soyqırımının heç zaman Azərbaycan xalqının yaddaşından silinməyəcəyini qeyd etdi.
   Çıxışın ardınca Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, İSESKO-nun Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə çəkilən “Xocalıya ədalət” klipi nümayiş etdirildi.
   Mədəniyyət və turizm nazirinin müavini Sevda xanım Məmmədəliyeva 1992-ci ilin 25-26 fevral tarixində Ermənistanın təcavüzkar ordusu tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı hərbi təcavüz edilməsi, yüzlərlə günahsız insanların qətlə yetirilməsindən ürəkağrısı ilə danışaraq Xocalı faciəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını vurğuladı.
   Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov xalqımıza qarşı xüsusi amansızlıqla törədilmiş qanlı cinayət əməlindən danışdı. O bildirdi ki, Xocalının işğalı zamanı onlarla Azərbaycan əsgəri, əli silah tutan sakinlər əsl igidlik göstərərək, düşmənlə döyüşdə mərdliklə həlak olublar və adlarını xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk ediblər. İ.Məmmədov Azərbaycan xalqının tarixini və erməni daşnakları tərəfindən xalqımızın başına gətirilən müsibətləri olduğu kimi gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd etdi.
   Daha sonra millət vəkili Tahir Rzayev, akademik Kərim Kərimov, Xocalı rayon Telekommunikasiya şöbəsinin müdiri Cavid Əliyev, jurnalist Tatyana Çaladze və başqaları çıxış etdilər.
   “Xocalı soyqırımı rabitəçilərin yaddaşında” kitabında adları çəkilən canlı şahidlərin çıxışı dinləyicilərdə böyük marağa səbəb oldu. Adından göründüyü kimi, kitabda Xocalıda çalışan və soyqırımın canlı şahidi olan rabitəçilərin xatirələri toplanıb.
   Daha sonra tədbir iştirakçıları “Xocalı soyqırımı - əsrin faciəsi” adlı sərgi ilə və təqdimatı keçirilən kitabla tanış oldular.
   Sərgidə Xocalı faciəsinə həsr olunmuş 200-dən artıq kitab, jurnal, plakat və qəzet materialları nümayiş etdirilirdi.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar