Sərginin adı kimi, təqdimatı da qeyri-adiliyi ilə yadda qaldı
   
   Fevral ayının 24-də Vəcihə Səmədova adına Sərgi salonunda əməkdar rəssam Adil Rüstəmovun “Qarabağ şikəstəsi” adlı sayca yeddinci fərdi sərgisinin açılışı oldu.
   Sərginin açılışında Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Adil Rüstəmovun özünəməxsus, fərqli yaradıcılığından söz açdılar, Qarabağ mövzusuna müraciət edən rəssamın yüksək səviyyəli sənət əsərləri yaratdığını və bu sərginin çox önəmli olduğunu qeyd etdilər. Xalq rəssamı, akademik Ömər Eldarov, xalq rəssamı Arif Hüseynov, kinoşünas Aydın Kazımzadə rəssamın zəngin daxili aləmindən, sənətindən və sənətkarlığından danışdılar.
   Səhhətinin ən kritik məqamında - infarktdan sonra bir il müddətində bu ağrılı, kövrək mövzuya müraciət edən rəssam, Qarabağ dərdini, Xocalı harayını “Qarabağ şikəstəsi” qrafik lövhələrində əbədiləşdirməyə nail olub.
    Rəsmi hissədən sonra Adil Rüstəmov sənətinin işığına yığışanlar “Qarabağ şikəstəsi”nin canlı müşayiəti ilə “Qarabağ şikəstəsi”nə tamaşa etdilər. Bu da sərgiyə xüsusi rəng qatdı. Azərbaycanın ən maraqlı, ən görkəmli qrafiklərindən olan Adil Rüstəmovun nümayiş olunan 40 əsəri istər fəlsəfi, istər sənətkarlıq, istərsə də yeni tapıntılar baxımından yadda qaldı. Onu da qeyd edək ki, rəssamın “Qarabağ şikəstəsi” adlı fərqli sərgisi martın üçünə kimi davam edəcək.
   Təranə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar