Dünən «Skal İnternational Baku»nun ənənəvi toplantısı keçirildi. Tədbirdə rəsmi şəxslər, media nümayəndələri və klub üzvləri iştirak edirdilər. Toplantının məqsədi barədə məlumat verən «Skal İnternational Baku»nun rəhbəri Ruslan Quliyev qurum üzvlərinin ənənəvi olaraq hər ayın əvvəli toplaşdığını, görülən işlər barədə hesabatın dinlənildiyini bildirdi. Budəfəki toplantının özəlliyi onda idi ki, «Skal İnternational Baku»nun Ədliyyə Nazirliyindən ictimai birlik kimi qeydiyyatdın keçməsi elan edildi. Eyni zamanda klubun buklet və saytının təqdimatı oldu. Həmçinin ikinci toplantıdan sonra görülən işlər, «Skal İnternational Baku»nun Avstriya və İstanbul beynəlxalq turizm sərgilərində, «Skal İstanbul» və «Skal Marmara» klublarının tədbirlərində iştirakı ilə bağlı toplantı iştirakçılarına məlumat verildi, Haiti zəlzələsindən çəkilişlərə yardım, Türkiyə “skal”çılarının Azərbaycana dəvət edilməsi, «Skal İnternational» beynəlxalq turizm təşkilatının baş katibi Gim Poverin tövsiyəsinə uyğun olaraq klub üzvlərinin sayının artırılması haqqında məsələlər müzakirə edildi.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar