Bəstəkarlar İttifaqında musiqişünas-alim Rəna Məmmədovanın yubileyinə həsr olunmuş elmi konfrans keçirildi
   
   Aprelin 15-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert salonunda musiqişünas-alim, AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, Xalq artisti, professor Rəna Məmmədovanın yubileyinə həsr olunmuş «II Beynəlxalq Muğam Festivalı ərəfəsində» adlı elmi konfrans keçirildi.
   Konfransı giriş sözü açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə yubilyarın yaradıcılığından danışdı, ona elmi axtarışlarında uğurlar arzuladı. O, Rəna Məmmədovanın AMEA-nın müxbir üzvü olmaqla yanaşı, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olduğunu, musiqi sənətimizin tədqiq və təbliği işinə böyük töhfələr verdiyini bildirdi: «Biz Rəna xanıma elmi axtarışlarında və yaradıcılığında uğurlar arzu edirik».
   Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi, Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri S.Primbetov, digər qonaqlar yubilyarı təbrik etdilər.
   Sonra sənətşünaslıq doktoru, professor Ertəkin Salamzadə «Türkoloji sənətşünaslığın təşəkkülündə Rəna Məmmədovanın rolu” mövzusunda, sənətşünaslıq namizədi Əfsanə Babayeva “İncəsənətin qarşılıqlı əlaqələri” şöbəsinin elmi axtarışları” mövzusunda çıxışlar etdilər. Elmi konfransda fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin «Bakı Musiqi Akademiyası gənc tədqiqatçılarının elmi məruzələrində müqayisəli musiqişünaslıq», sənətşünaslıq doktoru Səltənət Tağıyevanın «Azərbaycan elmində musiqi turkologiyası haqqında» mövzusunda çıxışları dinlənildi.
   Yubilyarın özü «Xalq musiqisinin tədqiqində yeni metodlar barədə» mövzusunda çıxış etdi. Rəna Məmmədova konfransın təşkilatçılarına təşəkkürünü bildirdi.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar