Aprelin 29-da R.Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 1941-1945-ci illər müharibəsində qələbənin 65 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilib.
   
   Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram”ın icrası çərçivəsində keçirilən tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri Firudin Qurbanov müharibə veteranlarını, arxa cəbhədə fədakarlıq göstərmiş zəhmətkeşlərin nümayəndələrini şanlı yubiley münasibətilə təbrik edib. Alman faşizmi üzərində böyük qələbənin qazanılmasında Azərbaycan xalqının və Bakı neftinin misilsiz rolundan danışılıb. Müharibə veteranlarından bir qrupuna nazirliyin hədiyyələri təqdim olunub. Veteranlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına səmimi minnətdarlıqlarını bildiriblər. Sonda uşaq musiqi məktəblərinin şagirdləri maraqlı konsert proqramı ilə çıxış ediblər.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar