Bu günlər 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbənin 65 illik yubileyi ilə bağlı ölkəmizdə müxtəlif tədbirlər keçirilir. Tədbirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram”a uyğun olaraq keçirilir.
   
   Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən mədəniyyət saraylarında və məktəbəqədər tərbiyə müəssisələrində də bu münasibətlə bir sıra mədəni-kütləvi tədbirlər keçirilməsi nəzərdə tutulub. “Mərdəkan” Mədəniyyət sarayında “Ümid sənədir ancaq, Azərbaycan əsgəri”, Qurban Abbasov adına Mədəniyyət sarayında “Qələbə, qələbə, ancaq qələbə” adlı bədii-musiqili kompozisiyalar hazırlanıb. Əli Əmirov adına Mədəniyyət sarayının bədii kollektivi Bakıda yerləşən N saylı hərbi hissənin şəxsi heyəti qarşısında “Qələbənin əsgərləri” adlı konsert proqramı ilə çıxış edəcək. Vaqif Mustafazadə adına Mədəniyyət sarayında “O günlərin xatirəsi əbədidir”, Səttar Bəhlulzadə adına Mədəniyyət sarayında “Biz sizdən öyrəndik qəhrəmanlığı” adlı tədbirlərdə müharibə veteranlarının iştirakı nəzərdə tutulub. Adil İsgəndərov adına Mədəniyyət sarayında isə bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə faşizm üzərində Qələbənin 65 illiyinə həsr olunan geniş konsert proqramı təqdim ediləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar