Aprelin 30-da M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında tanınmış türkoloq Əhməd Zəki Validi Toğanın 120 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans çərçivəsində TÜRKSOY-un baş katibinin müavini Firat Purtas və təşkilatın Azərbaycan nümayəndəliynin rəhbəri Elçin Qafarlı jurnalistlər üçün mətbuat konfransı keçirdi.
E.Qafarlı tədbirin əsas məqsədinin TÜRKSOY-un fəaliyyətini Azərbaycanda ən çox işıqlandıran KİV-ləri mükafatlandırmaq olduğunu dedi.
Firat Purtas hər il TÜRKSOY-a üzv olan ölkələrdən birinin KİV nümayəndələrinin təşkilat tərəfindən mükafatlandırıldığını bildirdi. Sonra isə mükafatların təqdimetmə mərasimi keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva, «Mədəniyyət» qəzeti, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov və televiziyanın əməkdaşları, AzTV-nin «Səhər» proqramı TÜRKSOY-un mükafatına layiq görüldü.
Fəxriyyə