Mayın 5-də C.Cabbarlının ev-muzeyində qələbənin 65 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə çıxış edən C.Cabbarlının nəvəsi Qəmər xanım müharibənin sərt üzündən, o dövrün çətinliklərindən söhbət açdı. Müharibə veteranları - 86 yaşlı Bakı Slavyan Universitetinin professoru Rəşid Rəsulov, 88 yaşlı Ruqiyyə Quliyeva müharibə xatirələrindən danışdılar.
Daha sonra şairə Nurəngiz Gün müharibədə itkin düşmüş Tələt Kərimovun xatirəsinə həsr etdiyi “Ağca yol” poemasından parçalar söylədi. Tədbirin sonunda 175 saylı məktəbin şagirdləri Səməd Vurğunun “Ana”, Süleyman Rüstəmin “Ana və poçtalyon” və Cabir Novruzun “Dəhşət” şeirlərini söylədilər.