Mayın 5-də M.Qorki adına MSKF-də ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Səbail rayonu 189 saylı orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə “Heydər Əliyev dühası əbədiyaşardır” adlı tədbir keçirilib. Tədbirdə müasir Azərbaycan dövlətinin memarı H.Əliyevin şanlı həyat yolu, geniş fəaliyyəti, xalqımızın tarixində misilsiz və əvəzedilməz rolu haqda məktəblilərə məlumat verilib, müdrik dövlət xadiminin gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan, onların fiziki və mənəvi cəhətdən sağlam, savadlı olmaları üçün gördüyü işlərdən danışılıb.
   Tədbirdə çıxış edənlər gənclərin milli-vətənpərvərlik tərbiyəsinin yüksəlməsində Heydər Əliyevin xidmətlərini qeyd edərək, ulu öndərin iftixarla dediyi “Mənim üçün ən əziz nemət Azərbaycan uşaqlarıdır. Çünki Azərbaycan Respublikasının prezidenti olaraq bu gün haqqında deyil, Azərbaycanın böyük gələcəyini düşünürəm. Azərbaycanın gələcəyi də uşaqlardan asılıdır” fikrini bir daha məktəblilərin diqqətinə çatdırıblar. Tədbirdə ulu öndərə həsr olunan mahnılar səsləndi, videoçarxlar göstərildi. Rəhbərin həyat və fəaliyyətini əks etdirən fotostend və kitab sərgisi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar