C.Məmmədquluzadənin ev-muzeyində 1941-1945-ci illər müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş “Nəsillərin görüşü” mövzusunda tədbir keçirilib. M.S.Ordubadinin xatirə muzeyinin əməkdaşları da qatıldığı tədbiri giriş sözü ilə açan C.Məmmədquluzadənin ev-muzeyinin direktoru Pərixanım Mahmudova faşizm üzərində tarixi Qələbənin qazanılmasında Azərbaycan xalqının da böyük payı olduğunu vurğulayıb. O, belə bir Qələbə gününün işğal olunmuş torpaqlarımızın azad olunmasından sonra doğma Qarabağda da qeyd olunacağına inandığını bildirib.
   Tədbirdə Böyük Vətən müharibəsinin veteranları - Raisa Bayramova, Fərəculla Ələkbərov, Əli Nəsirov, Qarabağ müharibəsi veteranları - Gülxar Novruzova, Rəfiqə Baxşıyeva, Ələkbər Quliyev, Nəsimi Rayon Veteranlar Şurasının katibi Tamilla Kərimova iştirak ediblər. Çay süfrəsi arxasında keçən görüşdə veteranlar xatirələrini danışıblar.
   C.Məmmədquluzadənin ev-muzeyinin elmi işçiləri Yeganə Məmmədova, Fazilə Hümbətova, M.S.Ordubadinin xatirə muzeyinin əməkdaşı İradə Vəliyevə tədbirdə çıxış ediblər.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar