Mayın 17-18-də Moldova Respublikasının Qaqauz Vilayətnin Komrat şəhərində TÜRKSOY-un Mədəniyyət Nazirlərinin Daimi Şurasının 27-ci dönəm toplantısı keçirilib. Toplantıda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və ölkəmizin Moldovadakı səfiri İsfəndiyar Vahabzadə iştirak ediblər. Toplantıda nazirin təklifi ilə türk xalqlarının mədəni irsin qorunması sahəsində 3 min dollar məbləğində xüsusi mükafat təsis olunub və “Şərq-Qərb” kinofestivalı çərçivəsində Bakı şəhərində türk dünyasına həsr olunmuş beynəlxalq film festivalının keçirilməsi qərara alınıb.
   Azərbaycanın mədəniyyət və turizm naziri Qaqauziya elinin mədəniyyətinə daimi dəstək göstərdiyinə görə Qaqauziya medalı ilə təltif edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar