Mayın 19-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə işıq üzü görən «Azərbaycan Dövlət İncəsənət Muzeyi» albomunun təqdimat mərasimi keçirildi. Nəfis tərtibatda hazırlanan albomda rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ tətbiqi sənət nümunələri haqqında məlumat və fotoşəkillər öz əksini tapıb. Layihənin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tərtibatçısı professor Çingiz Fərzəliyevdir.
   
   R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində gerçəkləşən təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Ə.Qarayev Beynəlxalq Muzeylər Gününün (18 may) qeyd olunduğu vaxtda belə bir təqdimatın keçirilməsini əlamətdar hadisə olduğunu bildirdi. Ölkəmizdə muzey işi sahəsində görülən işlərdən danışan nazir son günlər üç muzeyin istifadəyə verildiyini nəzərə çatdırdı: «Məmməd Səid Ordubadinin xatirə muzeyi bədii-tərtibat işləri tamamlandıqan sonra yenidən açıldı. Göyçayda Rəsul Rzanın ev-muzeyinin təmirdən sonra açılışı oldu. Sumqayıtda isə yeni Tarix muzeyi ziyarətçilərin ixtiyarına verildi».
   Nazir son illərdə bu sahəyə dövlət qayğısının daha da artdığını, 2006-cı ildən bəri ölkə başçısının muzeylərlə bağlı 7 sərəncam imzaladığını bildirdi. Ə.Qarayev tədbirin keçirildiyi Dövlət İncəsənət Muzeyinin də keçən il yüksək dünya standartları səviyyəsində təmir olunduğunu, muzeyin yenidən istifadəyə verilməsindən sonra ötən 6-7 ayda buraya 16 mindən çox ziyarətçinin gəldiyini qeyd etdi: «Bu böyük nailiyyətdir. Gələcəkdə işi elə qurmaq lazımdır ki, muzeylərimiz virtual yolla tamaşaçılara daha geniş şəkildə təqdim edilsin».
   Nazir «Azərbaycan Dövlət İncəsənt Muzeyi» nəşrini də yüksək qiymətləndirdi: «Azərbaycanda ilk dəfədir ki, belə peşəkar səviyyədə kataloq hazırlanır. Bu, elə bir kataloqdur ki, istənilən mütəxəssisin, əcnəbi qonaqların qarşısına qoymaq olar. Ona görə də kitabla tanış olmağına dəyər. Bu hələ birinci addımımızdır. Gələcəkdə belə layihələri davam etdirəcəyik».
   Tədbirdə çıxış edən Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov da yeni kataloqu yüksək qiymətləndirərək onun incəsənət adamları üçün böyük hədiyyə olduğunu vurğuladı.
   Azərbaycan Dövlət Konservatoriyasının rektoru Fərhad Bədəlbəyli «Azərbaycan Dövlət İncəsənət Muzeyi» albomunun uğurlu layihə olduğunu qeyd etldi: «Nə yaxşı ki, bu muzey var. Burada qorunan şəkillər olduğu kimi saxlanılıb gələcək nəsillərə ötürüləcək».
   Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev isə bildirdi ki, təqdim edilən albom təkcə mədəniyyətimizi deyil, həm də onun tarixini əks etdirir: «Albomla tanış olanda xalqımızın mədəniyyətinin 100-200 il ərzində necə yol getdiyini görmək olur. Kitab mədəniyyətimizi çox yüksək səviyyədə təqdim edir».
   Çıxışlardan sonra R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin təmir-bərpa işlərindən sonrakı vəziyyətini əks etdirən videolent təqdim olundu.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar