Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə mayın 19-da Şəki şəhərində “Şəkinin sənət dünyası və Azərbaycan mədəniyyəti” mövzusunda “dəyirmi masa” keçirilib.
   
   “Sənətkarlar evi”ndə keçirilən tədbirdə mərkəzin məsul nümayəndələri, habelə yerli sənətkarlar iştirak ediblər.
   Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov “2010-2014-cü illər Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən Şəkinin 2010-cu ildə “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan edildiyini, bu çərçivədə bir sıra tədbirlərin nəzərdə tutulduğunu bildirib. Şəki RİH başçısının müavini Zərinə Cavadova Şəkidə xalq tətbiqi sənəti, ənənəvi dekorativ sənəti və milli təsviri sənət ənənələri ilə bağlı silsilə tədbirlərin həyata keçirilməsinə başlandığını, nazirliyin Metodiki Mərkəzinin təşkilatçılığı ilə təşkil olunmuş “dəyirmi masa”nın bu istiqamətdə növbəti tədbir olduğunu deyib.
   Tədbirdə çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, fəlsəfə elmləri doktoru Vilayət İsmayılov bildirib ki, “2010-2014-cü illər Xalq Yaradıcılığı Paytaxtları” Proqramının həyata keçirilməsində əsas məqsəd Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması və təbliği, xalq sənətinin daha da inkişaf etdirilməsi, paytaxt şəhərlərin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasına nail olmaqdır. Tədbirdə mərkəzin əməkdaşı, fəlsəfə elmləri namizədi Vahid Ömərovun “Şəkinin sənət dünyası və Azərbaycan mədəniyyəti” mövzusunda məruzəsi dinlənilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar