Mayın 27-də Ombudsman Aparatı, Mədəniyyət və Turizm Nazirliyi və Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə “Mədəni hüquqların qorunması və milli prioritetlər” mövzusunda dəyirmi masa keçirilib.
   
   Tədbiri giriş sözü ilə açan Ombudsman Elmira Süleymanova mövzunun əhəmiyyətindən danışaraq qeyd edib ki, Azərbaycanın qoşulduğu 250-dək Konvensiyadan biri də UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiya”sıdır.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” çərçivəsində nazirlik tərəfindən bır sıra milli və beynəlxalq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, təkcə son üç ildə ölkə başçısı mədəniyyət sahəsinə dair 200-dən çox fərman, sərəncam və qanun imzalayıb: «Bütün bunlar Azərbaycan dövləti tərəfindən mədəniyyət sahəsinə və bu sahədə çalışan insanlara göstərilən qayğının əyani göstəricisidir».
   Qeyd olunub ki, bu il Azərbaycanın xalça sənətinin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi gözlənilir. Növbəti ildə isə UNESCO-nun siyahısına mədəniyyət məkanı kimi daxil edilməsi məqsədilə pilot layihələr olaraq Qırmızı, Nic və Lahıc qəsəbələrinin namizədlikləri təqdim ediləcək.
   UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiya”ya uyğun olaraq nazirlik tərəfindən xüsusi tədbirlər planının hazırlandığı və plan çərçivəsində “Mədəni müxtəlifliyimiz mədəni vəhdətimizdir” layihəsinin həyata keçiriləcəyi də diqqətə çatdırılıb.
   Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov bildirib ki, “mədəni hüquqlar” mövzusu “mədəni müxtəliflik”lə sıx əlaqədədir və bilavasitə müasir mədəniyyət anlayışı ilə bağlıdır.
   K.İmanov Azərbaycan dövlətinin UNESCO-nun mədəni müxtəlifliyi dəstəkləyən “Mədəni və təbii dünya irsinin qorunması haqqında” (1972), “Qeyri-maddi mədəni irsin qorunub saxlanması haqqında” (2003), “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair” (2005) və s. konvensiyalarına qoşulduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan folklor nümunələrini qanunla qoruyan Avropanın ilk və yeganə ölkəsidir. Yeni “Əqli mülkiyyətin təminatı” qanun layihəsi isə bu yaxınlarda qəbul olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar