Dünən R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə “Uşaq İncəsənət Festivalı-2010” mövzusunda xeyriyyə tədbiri keçirildi. Uşaq festivalı “Bir ömrü xilas etsən, bütün dünyanı xilas etmiş olarsan” şüarı altında gerçəkləşdi.
   
   Tədbirin açılışında muzeyin direktoru, professor Çingiz Fərzəliyev, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, Xalq rəssamı Arif Hüseynov, festivalın layihə rəhbəri, Neftçilər Xəstəxanasının kardioloq həkimi Mədinə İbrahimova çıxış etdilər. Qeyd olundu ki, Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə ölkəmizin hər yerində tədbirlər keçirilir. Festivalın keçirilməsində məqsəd respublikamızda fəaliyyət göstərən beynəlxalq icmalara məxsus yaradıcı uşaqlarla azərbaycanlı uşaqların birgə təcrübə və fikir mübadiləsi üçün şərait yaratmaq, uşaqlarda humanizm və vətənpərvərlik hissləri oyatmaq, onları xeyriyyə aksiyalarına cəlb etməkdir. Festivalın xeyriyyə məqsədilə keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi, belə tədbirlərin təşkilinin uşaqlarda humanizm və vətənpərvərlik hisslərini artırmağa xidmət etdiyi vurğulandı.
   Sonra festivala start verildi. Əvvəlcə azyaşlılar tərəfindən müxtəlif rəqs nömrələri ifa olundu. Daha sonra Azərbaycan Beynəlxalq Məktəbinin (TİSA), Bakı Britaniya Məktəbinin, T.İsmayılov adına Uşaq Yaradıcılıq Studiyasının, eləcə də digər məktəb və dərnəklərdə təhsil alan istedadlı uşaqların ifasında musiqi nömrələri, dünya xalqlarına məxsus geyimlər nümayiş etdirildi. Festival çərçivəsində təşkil olunan təsviri sənət sərgisində balaca rəssamların 100-dən artıq rəsmi sərgilənirdi.
   Qeyd edək ki, “Xöşbəxtlik planeti” mövzusunda keçirilən sərgidə nümayiş etdirilən sənət nümunələrinin satışı və əldə olunan vəsaitin kardiocərrahiyyə əməliyyatlarına ehtiyacı olan uşaqlara sərf olunması nəzərdə tutulur.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar