Dünya Azərbaycanlı Gənclər Birliyi tərəfindən reallaşdırılan “Azərbaycan guşəsi” adlı layihə çərçivəsində dünya şöhrətli yazıçı və şairlərin ev-muzeyləri, fondlarında Azərbaycan dilində nəşr olunmuş əsərlərdən ibarət guşə yaradılır.
   Layihə çərçivəsində Paris yaxınlığında, Ville-Kotredə yerləşən Aleksandr Dümanın ev-muzeyinə yazıçının Azərbaycan dilində nəşr edilən kitabları təqdim edilib və orada “Azərbaycan guşəsi” açılıb.
   Layihə davamlı və genişmiqyaslı xarakter daşıyır. Yaxın vaxtlarda digər yazıçı və şairlərin ev-muzeylərinə də Azərbaycan dilində əsərlərin göndərilməsi və həmin muzeylərdə Azərbaycan guşələrinin açılması nəzərdə tutulur. Bu siyahıya Ernest Heminquey, Mark Tven, Conatan Svift, Teodor Drayzer, Viktor Hüqo, Migel de Servantes, Cek London, Aleksandr Düma, Gi de Mopassan, Fyodor Dostoyevski, Lev Tolstoy və başqa ədiblər daxildir.
   Layihənin məqsədi ev-muzeylərdə Azərbaycan guşəsi yaratmaqla Azərbaycan oxucusunun dünya ədəbiyyatına marağını, verdiyi əhəmiyyəti göstərməkdir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar