Muzey Mərkəzində "Muzey uşaqlar üçün" aksiyası çərçivəsində növbəti tədbir keçirilib. Bu dəfə muzeyin balaca qonaqları Nəsrəddin Tusi adına Gimnaziyanın şagirdləri olub. Onlar öz əl işləri ilə rəssam Sara Manafovanın xatirəsini yad ediblər.
   Tədbir Xalq rəssamı Arif Hüseynovun çıxışı ilə başlayıb, daha sonra gimnaziyanın şagirdləri konsert proqramı təqdim ediblər. Konsertdə vokal nömrələri, ifaçılıq sənəti üzrə fortepiano, gitara və skripka nümayiş olunub. Balacalar öz repertuarlarında improvizələri ilə seçilib. Tədbirin 2-ci hissəsində isə uşaqların rəsm sərgisinə baxış keçirilib. Rəssam Sara Manafovanın xatirəsinə həsr olunan sərgidə 118 uşağın 137 rəsm əsəri nümayiş olunub. Sərgidə Sara Manafovanın əl işləri də sərgilənib.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar