Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonu əsaslı təmirdən sonra daha bir tədbirə ev sahibliyi etdi. İyunun 7-də sərgi salonunda Əməkdar rəssam Qəyyur Yunusun fərdi yaradıcılıq sərgisi açıldı. Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev rəssamın yaradıcılığına nəzər saldı.
   O, Qəyyur Yunusun yaradıcılıq üslubu ilə fərqləndiyini, öz sənətinin vurğunu olduğunu qeyd etdi.

   
   Sərgidə maraqlı sənət nümunələrinin yer aldığını vurğulayan Ə.Vəliyev rəssamın yeni-yeni silsilə əsərlər yaratmağa davam edəcəyinə, yaradıcılıq fəaliyyətini daha da genişləndirəcəyinə əminliyini bildirdi.
   Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov çıxışında Qəyyur Yunusun özünəməxsus dəst-xətti olan yaradıcılığından bəhs edərək onun əsərlərinin dünyanın müxtəlif şəxsi kolleksiyalarında, muzey və qalereyalarında saxlanıldığını dedi, rəssama gələcək fəaliyyətində uğurlar arzuladı.
   Daha sonra Əməkdar rəssam Qəyyur Yunus çıxış edərək iştirakçılara minnətdarlığını bildirdi. Sərgidə nümayiş etdirilən əsərlərin tamaşaçıların zövqünü oxşayacağına ümid etdiyini deyən sənətkar yaradıcılığı ilə bağlı xatirələrini bölüşdü.
   Sonra sərgiyə baxış keçirildi. Qeyd edək ki, bu, Əməkdar rəssam, “Humay” mükafatçısı Qəyyur Yunusun 10-cu fərdi sərgisidir. Rəssamın işləri Almaniya, Türkiyə, ABŞ, Fransa, Norveç, Finlandiya, Danimarka, Hollandiya, Suriya, İngiltərə, Polşa, Əlcəzair, İran və Rusiyada həm dövlət, həm də şəxsi kolleksiyalarda saxlanılır. Budəfəki sərgidə rəssamın boyakarlıq janrında 45-dən artıq əsəri nümayiş etdirilib.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar