İyunun 16-da Milli Azərbaycan Tarixi Muzeyinin sərgi salonunda “Azərbaycanın qədim mədəniyyət ocağı - Qarabağ” adlı sərginin açılışı olub. Sərgidən öncə muzeyin direktoru, AMEA-nın həqiqi üzvü Nailə Vəlixanlı Qarabağla bağlı sərginin muzey əməkdaşları tərəfindən həm böyük ürək ağrısı, həm də qürurla hazırlandığını dedi.
   Tədbirdə çıxış edən Xalq artisti Mənsum İbrahimov Qarabağ torpağının mədəniyyət beşiyi olduğunu, işğal altında olan qədim yurdun musiqiçilərinin bu gün də öz ifaları ilə Azərbaycanı, onun ayrılmaz tərkib hissəsi olan Qarabağı dünyanın müxtəlif yerlərində tanıtdığını dedi, keçirilən tədbirin əhəmiyyətindən danışdı. Sonra o, ağdamlı məcburi köşkün, 9 yaşlı Mirpaşa Şükürovu iştirakçılara təqdim etdi, onunla birgə «Qarabağ» şikəstəsini ifa etdi.
   Daha sonra sərginin açılışı oldu. Qeyd edək ki, sərgidə dünya şöhrətli Qarabağ xalçaları, Qarabağda zərb olunmuş sikkələr, qədim diyara aid milli geyimlər, sənətkarlıq nümunələri, silahlar, görkəmli elm və mədəniyyət xadimlərinin şəxsi əşyaları, Qarabağ müharibəsində həlak olmuş milli qəhrəmanlarımızın şəxsi əşya və sənədləri nümayiş olunur.
   Sərginin nümayişi sentyabr ayına qədər davam etdiriləcək.   

 Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar