İyunun 21-də Avropa Şurasının Strasburqdakı iqamətgahında Azərbaycan Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə ölkəmizin mədəni irsinə həsr olunmuş sərgi təşkil edilib.
   
   Sərginin açılışında çıxış edən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu Azərbaycanın mədəni baxımdan zəngin ölkə olduğunu, burada çoxlu etnik azlıqların yaşadığını və onlara böyük hörmətlə yanaşıldığını vurğulayıb. M.Çavuşoğlu Azərbaycanın Avropa Şurasının dəyərlərinə tam uyğun olaraq, hər bir etnik qrupun tarixinə, mədəniyyətinə və adət-ənənələrinə xüsusi qayğı göstərildiyini qeyd edib.
   Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 1998-ci ildən etibarən mədəni irslə bağlı Azərbaycan gömrük xidmətinin keçirdiyi əməliyyatlar nəticəsində 1460 qədim əşyanın müsadirə edildiyini, onların böyük bir hissəsinin dövlət muzeylərinə, aidiyyəti müxtəlif müəssisələrə verildiyini, bir qisminin isə komitə tərəfindən yaradılmış muzeydə saxlanıldığını qeyd edib. Onun sözlərinə görə, belə bir sərginin Avropa Şurasında təşkilində əsas məqsəd Azərbaycan xalqının tarixi, mədəniyyət və incəsənət nümunələri ilə avropalıları tanış etmək, işğal altındakı ərazilərimizdə ermənilər tərəfindən törədilən yanğınlar nəticəsində Azərbaycan mədəni irs nümunələrinin məhv ediməsi ilə bağlı geniş təsəvvür yaratmaqdan ibarətdir.
   Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qeyd edib ki, həqiqi mədəniyyətlərarası dialoq yalnız demokratiya olan yerdə mümkündür: «Bu sərgi onu göstərir ki, Azərbaycanda mədəniyyətlərarası dialoqun və beləliklə də demokratiyanın tarixi çox qədimdir».
   AŞPA-nın yay sessiyasında iştirak edən avropalı deputatlar, Strasburqda yaşayan soydaşlarımız və tələbələrimiz sərgi ilə yaxından tanış olublar.
   Sərgidə xalqımıza məxsus qədim geyimlər, silahlar, məişət əşyaları, kiçikhəcmli palaz və xalçalar, xurcunlar, müxtəlif səpgili tablolar və digər eksponatlar nümayiş etdirilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar