Avropa Birliyinin “Erasmus Mundus” Proqramı çərçivəsində Yunanıstanda təhsil alan tələbələr və doktorantura pilləsində elmi tədqiqat aparan azərbaycanlı elmi tədqiqatçılar tərəfindən bu ölkənin Saloniki şəhərində Azərbaycan Mədəniyyəti Günü keçirilib.
   
   Tədbirin təşkil olunmasına Azərbaycan Turizm İnstitutunun müəllimi, doktorant Vəli Məmmədov rəhbərlik edib. Tədbirin aparıcıları olan tələbə Osman Xanızadə və Günel Məmmədova Azərbaycan haqqında təqdimatla çıxış ediblər. Doktorant Rüfət Rüstəmov Azərbaycan tarixi haqqında geniş təqdimatla çıxış edib. Sonra tələbə Leyla Cəfərova “Mehriban Bakı” musiqisini R.Rüstəmov, P.Məmmədzadə və Əkbər Kərimovun müşayiəti ilə ifa edib. Həzin musiqidən sonra qonaqlar tələbə Pərvin Məmmədzadənin Azərbaycan ədəbiyyatı haqqında təqdimatı dinlənilib. Tələbə Leyla Cəfərova qonaqlara “Azərbaycan incəsənəti və mədəniyyəti” haqqında məlumat təqdim edib.
   Daha sonra ATİ-nin tələbəsi Vasif Məmmədov Azərbaycanın turizm potensialı haqqında təqdimatla çıxış edib, xüsusi hazırlanmış “Azərbaycanda 10 gün səyahət” adlı animasiyalı təqdimat olub. Daha sonra Xalça turu - Quba-Şəki-Gəncə bölgəsi, Qobustan, Quba-Qusar, Oğuz-Qəbələ, Gəncə-Qazax, Göygöl haqqında, dünyada analoqu olmayan Naftalan müalicəvi nefti, Qarabagın əsrarəngiz təbiət gözəlliyi haqqında qonaqlara məlumat verilib.
   Qonaqlara Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdiyi Azərbaycan, Qarabag, Xocalı soyqırımı haqqında kitab və broşürlər, ölkəmizin Yunanıstandakı səfirliyi tərəfindən göndərilmiş müxtəlif jurnallar qonaqlara təqdim edilib.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar