Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonunda ən böyük kəndlərdən olan Kəpənəkçidə Azərbaycan-gürcü xalqlarının dostluğuna həsr olunmuş tədbir keçirilib. Artıq ikinci dəfə keçirilən tədbirin təşkilatçısı Bakıda fəaliyyət göstərən “Kəpənəkçi” Xeyriyyə Cəmiyyətidir.
Tədbirdə cəmiyyətin sədri Rəşid Bədəlov xalqlarımızın dostluğu tarixindən, Azərbaycan-Gürcüstan münasibətlərindən ətraflı danışıb. Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Hüseyn Yusifov, görkəmli gürcü şairi Cansuq Çarkviani, bəstəkar Vaja Adaraşvili və başqaları xalqlarımız arasında əsl dostluq və qardaşlıq nümunələrinə dair çoxlu misallar gətiriblər. Tədbirdə Azərbaycan və gürcü incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.