Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Almaniyanın “Remmers”, Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətləri ilə əməkdaşlığı nəticəsində yerli mütəxəssislərin bərpa və konservasiya işləri sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə silsilə seminarlar keçirilir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, ilk seminar aprelin 13-15-də baş tutub. “Restavrasiyanın nəzəri və təcrübi əsasları” proqramı çərçivəsində ikinci seminar iyunun 30-dan iyulun 2-dək keçiriləcək.
   "İnşaat qurğularının təhlili" mövzusunda keçiriləcək bu seminarda dünya əhəmiyyətli abidə olan Məhəmməd məscidinin restavrasiyası ilə məşğul olan avstriyalı mütəxəssis E.Pummer, Almaniyadan dəvət edilmiş mütəxəssislər G.Hilbert və D.Şiller tərəfindən əsas diqqət əhəng daşının timsalında təbii daşın konservasiya və restavrasiyasının nəzəri və təcrübi məsələlərinə yönəldiləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar