İyunun 30-da Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Almaniyanın “Remmers” və Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətlərinin təmsilçiləri tərəfindən “İnşaat qurğularının təhlili” mövzusunda seminar keçirilib.
   Seminarda dünya əhəmiyyətli abidə - Məhəmməd məscidinin təmiri işlərini həyata keçirən avstriyalı mütəxəssis E.Pummer, Almaniyadan dəvət edilmiş mütəxəssislər G.Hilbert və D.Şiller iştirakçılara əhəng daşının timsalında təbii daşın konservasiya və bərpasının nəzəri və təcrübi məsələləri barədə təlim keçiblər.
   “Bərpanın nəzəri və təcrübi əsasları” mövzusunda artıq ikinci dəfədir ki, keçirilən seminarda məqsəd yerli mütəxəssislərin bərpa və konservasiya işləri sahəsində bilik və bacarıqlarının artırılmasıdır.
   Tədbirdə yerli mütəxəssislər, o cümlədən Memarlıq və İnşaat Universitetinin bir qrup tələbəsi iştirak edib. Məhəmməd məscidinin bərpası müddətində daha iki seminarın keçirilməsi nəzərdə tutulub. 
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar