Xəbər verdiyimiz kimi, bu il Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi mədəniyyət işçiləri üçün bölgələrdə 10 günlük səyyar yay kursları təşkil edib.
   
   İyun ayında İsmayıllı rayonunda start götürən səyyar yay kursları bu dəfə mərkəz Quba olmaqla - Xaçmaz, Siyəzən, Şabran, Xızı rayonlarının kitabxana və mədəniyyət müəssisələri işçilərini əhatə edib.
   Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin Direktoru Ramazan Şabanovdan alığımız məlumata görə, Quba və ətraf rayonlardan 110 nəfər orta ixtisaslı mədəniyyət işçisi kurslara cəlb olunub. R.Şabanovun verdiyi məlumata görə, kurslar mütəşəkkil keçirilir, dinləyicilər kursların yaşayış yerlərinə yaxın yerdə təşkil olunmasından olduqca razıdırlar. Kurslara yüksək ixtisaslı müəllimlər cəlb olunub, hər gün dinləyicilər nəzəri və praktik mövzuda mühazirələr dinləyirlər.
   Səyyar yay kurslarının üçüncü mərhələsi avqustun 3-12-də Lənkəran zonasında təşkil olunacaq və mərkəz Lənkəran olmaqla Masallı, Astara, Yardımlı, Lerik mədəniyyət müəssisələrinin işçilərini əhatə edəcək. Dördüncü mərhələ avqustun 17-26-da Şəkidə planlaşdırılır və ətraf rayonların nəzərdə tutulan mədəniyyət müəssisələri işçiləri bu kurslarda iştirak edəcək.
   Ümumilikdə iyul-avqust aylarında təxminən 400 nəfər dinləyicinin kurslardan keçəcəyi planlaşdırılır.
   Səyyar yay kurslarının sonunda hər bir dinləyiciyə xüsusi vəsiqə təqdim olunacaq.
   
   Təranə