Fevralın 21-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış şair İsgəndər Etibarın anadan olmasının 75 illiyinə həsr edilmiş tədbir keçirildi. Tədbirin təşkilatçısı Sona Xəyal şairin həyat və yaradıcılığı haqqında məlumat verdikdən sonra qiraət ustası Əli Nur öz ifası ilə tədbirə qatılanları salamladı. Yubiley gecəsində şairin “Sınmayan güzgü” adlı satirik şeirlərindən ibarət kitabının II cildi də oxuculara təqdim edildi. Şair həyat və sənət yolundan söz açdı: “Elə də böyük tərcümeyi-halım yoxdur. 1937-ci ilin soyuq fevral günündə doğulmuşam və ölümün qoynuna qaçış marafonuna çıxmışam. Atam həyata dərindən müdaxilə edən, görüb-götürən kişi idi. Məndə ilham toxumunu cücərdən ondan uşaq yaşlarımda eşitdiyim hikmətli sözlər olub. Təqdim olunan kitabın I cildi bir neçə ay əvvəl oxucuların ixtiyarına verilmişdi, bu gün isə nəşrin II cildini, 75 illik yubileyim ərəfəsində dostlarıma təqdim etmək fikrindəyəm”.
   Tədbirdə iştirak edənlər qeyd etdilər ki, İsgəndər Etibar klassik Azərbaycan eləcə də Şərq ədəbiyyatının gözəl bilicisidir. Onun yazdıqları ilə tanış olan zaman M.Ə.Sabir, R.Əhmədzadə, B.Pünhan kimi şairlərimiz yada düşür.
   Tədbirdə şairin yaxın qələm dostları və ailə üzvləri iştirak edirdilər.

   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar