Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi mədəniyyət işçiləri üçün bölgələrdə təşkil etdiyi 10 günlük səyyar yay kursları plan üzrə davam edir.
   
   İsmayıllı və Quba zonasından sonra üçüncü mərhələ Lənkəranda keçirilib. Kurslar mərkəz Lənkəran olmaqla Astara, Masallı, Lerik, Yardımlı rayonlarını əhatə edib. Bu rayonların ümumi orta təhsilli və qeyri-ixtisasdan olan mədəniyyət müəssisələri işçiləri kurslara cəlb olunub.
   Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov Lənkəranda kursların mütəşəkkil təşkil olunduğunu, bu bölgədə yaşayıb işləyən 96 nəfər kitabxana və mədəniyyət müəssisəsi işçisinin kurslarda iştirak etdiyini qeyd edib. İndiyədək səyyar yay kurslarında ümumilikdə 300-ə yaxın dinləyicinin iştirak etdiyini bildirən R.Şabanov dördüncü - sonuncu mərhələnin 17-26 avqust tarixlərində Şəki və ətraf rayonları əhatə edəcəyini bildirib.
   Səyyar yay kurslarının sonunda kurslarda iştirak etmiş hər bir dinləyiciyə xüsusi vəsiqə təqdim olunacaq.
   
   Təranə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar