İyulun 23-27-də Gürcüstanın Batumi şəhərində “Muzey və mədəni turizm” mövzusunda beynəlxalq konfrans keçirilib.
   
   Konfransda Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Muzey işi sektorunun müdiri Azadə Hüseynova, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva, Azərbaycan Dövlət İncəsənət Muzeyinin Muzey işində innovasiyaların tətbiqi şöbəsinin müdiri Əminə Məlikova iştirak edib. Tədbirin əsas məqsədi Avropa və Qafqaz muzeyləri arasında yaxın əlaqələrin qurulması və gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi idi.
   Qeyd edək ki, bu gün mədəni turizm sektoru hər bir ölkənin və regionun tarixi, mədəni və ya coğrafi baxımdan görməli yerlərinə səfərləri əhatə edir və turizmin ən populyar və geniş yayılmış növlərindən biri sayılır. Konfrans iştirakçıları və muzey peşəkarları ziyarətçilər üçün müasir xidmət metodlarının mədəni turizmə daxil edilməsini və onun inkişafı üçün infrastrukturun yaradılması kimi məsələləri müzakirə ediblər.
   Qeyd edək ki, beynəlxalq konfransın təşkilatçıları Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi, Gürcüstan Beynəlxalq Muzeylər Təşkilatı Komitəsi (ICOM), Gürcüstan Təhsil Nazirliyi, Acarıstan Muxtar Respublikasının Mədəniyyət və İdman Nazirliyi və Qafqaz Fondudur. 
   
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar