İsveçin Qottenberq şəhərində “İFLA-2010” beynəlxalq kitabxana konfransı keçirilib. Kitabxana-informasiya sahəsində ali təşkilat olan İFLA-nın (Kitabxana Assosiasiyalarının Beynəlxalq Federasiyası) konfransında dünyanın 150 ölkəsindən 2500-dən artıq kitabxana mütəxəssisi iştirak edib.
   Konfransda ölkəmizi Mədəniyyət və Turizm, Xarici İşlər nazirlikləri, Prezident Kitabxanası və F.Köçərli adına Respublika uşaq kitabxanasının nümayəndələri təmsil ediblər.
   Azərbaycan nümayəndə heyəti müxtəlif aktual mövzular üzrə seminar və “dəyirmi masa”larda iştirak edib, konfrans iştirakçılarına təqdim olunan sərgidə kitabxana-informasiya sahəsində tətbiq olunan yeni informasiya texnologiyaları, now-how texnologiyaları, dünyanın qabaqcıl ölkələrinin təcrübələri ilə tanış olub və kitabxanalarımız haqqında bir sıra məlumatları nümayiş etdiriblər. Nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi haqqında elektron resurslar, habelə www.human.az saytını insan hüquqları bölməsində nümayiş etdiriblər.
   Prezident Kitabxanasının əməkdaşları “Odlar Yurdu Azərbaycan”, “Ümummilli lider Heydər Əliyev”, “Xocalı - XX əsrin faciəsi” elektron nəşrlərini sərgiyə təqdim ediblər. “İFLA-2010” beynəlxalq kitabxana konfransında Azərbaycan kitabxanalarının Beynəlxalq Kitabxanalararası Abonement sisteminə qoşulması, sənədlərin elektron variantda çatdırılması məsələləri üzrə müzakirələr aparılıb, bu sahədə Azərbaycan kitabxanalarının iştirakı üsulu müəyyən edilib.
   Azərbaycan nümayəndə heyəti konfrans çərçivəsində Qottenberq şəhər kitabxanasının fəaliyyəti, Şərq Ədəbiyyatı bölməsi, buradakı Azərbaycan dilində, habelə Azərbaycana aid kitablarla tanış olub.
   Kitabxanada “Azərbaycan guşəsi”nin yaradılması, buraya Azərbaycandan kitab və elektron nəşrlərin göndərilməsi, F.Köçərli adına respublika uşaq kitabxanası və Qottenberq şəhər kitabxanası arasında əməkdaşlığa dair memorandumunun hazırlanması barədə razılıq əldə edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar