Görkəmli sənətkar bu mükafata Azərbaycan incəsənətindəki xidmətlərinə görə layiq görülüb
   
   Prezident İlham Əliyevin 3 sentyabr 2010-cu il tarixli sərəncamı ilə görkəmli aktyor, Xalq artisti, bu günlərdə (5 sentyabr) 75 yaşını qeyd edən Səyavuş Aslan Azərbaycan incəsənətindəki xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
   
   Sentyabrın 4-də yüksək mükafat yubilyara təqdim olundu. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu Səyavuş Aslana təqdim edərək onu 75 illik yubileyi münasibəti ilə təbrik etdi, sənətkara cansağlığı, yeni yaradıcılıq uğurları arzuladı.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin görkəmli sənətkar Səyavuş Aslanın 75 illik yubileyi ilə bağlı əmri olduğunu xatırladan nazir müavini bildirdi ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təmir işləri başa çatandan sonra bu sənət ocağında Xalq artistinin yubileyi yüksək səviyyədə qeyd olunacaq. O, qeyd etdi ki, yubilyar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən pul mükafatı ilə də mükafatlandırılıb.
   Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov da kollektiv adından yubilyarı təbrik edərək ona pul mükafatı və tər çiçəklər təqdim etdi. Görüşdə Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri Azərpaşa Nemətov, Xalq artisti Yaşar Nuri, teatrşünas Məryəm Əlizadə və sənət dostları həyatını səhnəyə, teatra, kinoya həsr edən Səyavuş Aslanı təbrik etdilər.
   Sonda yubilyar ona göstərilən qayğı və diqqətə görə ölkə başçısına, Mədəniyyət və Turizm Nazirliyinə, doğma kollektivinə təşəkkürünü bildirdi.
   
   Təranə Vahid  






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar