Sentyabrın 21-də M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan professional musiqi sənətinin banisi, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 125 illik yubileyinə həsr olunmuş “dəyirmi masa” keçirildi.
   
   Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Vilayət İsmayılov bəstəkarın zəngin yaradıcılığından danışdı. Milli musiqimizin inkişafında görkəmli bəstəkarın fəaliyyətini təhlil edən V.İsmayılov Azərbaycan musiqisinin ilk dəfə elmi əsaslarla məhz Üzeyir Hacıbəyli tərəfindən öyrənildiyini, onun xidmətləri sayəsində milli musiqimizin inkişaf perspektivlərinin müəyyənləşdirildiyini bildirdi. Şərqdə ilk operanın banisi olan bəstəkarın xidmətlərinin əvəzsiz olduğunu vurğulayan natiq dahi bəstəkarın yubileyi münasibətilə keçirilən festivala beynəlxalq səviyyədə böyük maraq göstərildiyini nəzərə çatdırdı.
   Sonra “dəyirmi masa” iştirakçılarının Üzeyir Hacıbəylinin yaradıcılığının müxtəlif sahələrinə aid məruzələri, fikirləri dinlənildi. Tədbirdə Bakı Musiqi Akademiyasının professoru, fəlsəfə elmləri doktoru Mina Hacıyeva “Üzeyir Hacıbəylinin musiqi təfəkkürü”, BMA-nın professoru, sənətşünaslıq namizədi Cəmilə Həsənova “Üzeyir Hacıbəylinin yaradıcılığında milli musiqinin nəzəri əsaslarının tədqiqi məsələləri”, eləcə də sənətşünaslıq namizədi, BMA-nın dosenti Turan Məmmədəliyeva “Üzeyir Hacıbəylinin elmi fikirləri musiqi təhsilində” mövzusunda məruzə ilə çıxış etdilər.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar