Sentyabrın 28-də Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Tarixi və mədəni irsin qorunması və təbliği problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Muzey Mərkəzində təşkil olunan konfransda Azərbaycanla yanaşı, Qazaxıstan, Türkmənistan, İran və Türkiyədən olan alimlər iştirak edib. Tədbirdə “Azərbaycan mədəni-irs abidələrinin qorunması vəziyyəti”, “İçərişəhərin memarlıq abidələrinin konservasiyası metodları”, “Tarixi-memarlıq irsinin beynəlxalq dərketmə turizminin inkişafında rolu” və digər mövzularda məruzələr dinlənilib.
   Tədbir çərçivəsində mədəni irsin qorunması, bərpası və təbliği sahəsində Türkiyə, İran və MDB ölkələrinin təcrübəsi barədə fikir mübadilələri aparılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar