Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə oktyabrın 20-22-də İstanbulda “Türk Şurası, türk diasporu və sosial-iqtisadi əməkdaşlıq” mövzusunda Dünya Türk Forumu keçiriləcək. Forumda 60 ölkədən türk dünyası və diasporlarının nümayəndələri iştirak edəcəklər.
Açılış mərasiminə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Türk Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı, TürkPA-nın baş katibi Ramil Həsənov, Türkiyə Prezident Aparatının baş katibi Mustafa İsen, nazirlər və millət vəkilləri qatılacaqlar.
Forum çərçivəsində “Qlobal və regional problemlərin türk dünyasına təsiri”, “ “Türk mədəniyyəti” və digər mövzularda seminarlar da keçiriləcək.